Mədəniyyət nazirinin Tovuzda vətəndaşları qəbul edəcəyi tarix dəyişdirilib Featured

Rate this item
(0 votes)

Mədəniyyət naziri Adil Kərimli tərəfindən avqust ayının 23-də Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi, 3) keçirilməsi nəzərdə tutulan Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat bildirib. 

Nazirlikdən verilən məlumata görə, qəbulun avqustun 29-da keçirilməsi planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)