Qlobal istiləşmə fəlakət gətirir Featured

Rate this item
(3 votes)

İradə Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərə səbəb oldu.

Bir sözlə, hal-hazırda planetimiz gözləniləndən daha sürətli istiləşir. 

Xatırladaq ki, Paris Sazişinə əsasən, ölkələr qlobal istiləşməni dayandırmaq və planetin 2 dərəcədən çox istiləşməsinin qarşısını almaq üçün 2020-ci ildən etibarən karbon qazı tullantılarının azaldılması ilə bağlı tədbirləri tənzimləməyi qəbul ediblər. Çünki istiləşmədə yalnız 2050-ci ildə 1,5 dərəcəlik artıma çatacağımız gözlənilirdi. 

Son 5 il 1850-ci ildən bəri qeydə alınan ən isti dövr oldu. Bu ilin 11 avqustunda Avropada indiyə qədər qeydə alınan ən yüksək temperatur yeniləndi. İtaliyanın Siciliya adasında havanın temperaturu + 48.8 dərəcəyə yüksəldi. Görünür, bəşəriyyət indi bütün problemləri kənara qoyaraq daha çox iqlim dəyişikliklərinə səbəb olan məsələri aradan qaldırmaqla məşğul olmalıdır. Əgər dünyada iqlim siyasəti kəskin şəkildə dəyişməsə, 21 -ci əsrin sonlarında planetin temperaturu daha 3 dərəcə artacaq. 

Ortamüddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etmək, təbiəti, bitkiləri  qorumaq olmalıdır!     

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)