İLESAM təşkilatı bu dəfə Kosovaya 10000 kitab hədiyyə etdi

Rate this item
(0 votes)

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və TİKA təşkilatının dəstəyi ilə İLESAM bu günə kimi Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana və Şimali Makedoniyaya 80 000 kitab (45 000 müxtəlif adda) hədiyyə etmişdi. Təşkilatın sədri Mehmet Nuri  Parmaksızın “Ədəbiyyat və incəsənət” portalına açıqlamasına görə, ötən gün eyni layihə çərçivəsində bu dəfə Kosovoya 20 000 kitab hədiyyə olundu. Kitablar  Priştinada keçirilən təntənəli mərasimdə Kosova kitabxanalarına təqdim edildi.
Bildirək ki, kitablar Türkiyənin Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, TİKA təşkilatı, Türk Dil Agentliyi, Türk Tarixi təşkilatı, Din  İdarəçiliyi və Kitabxanaların Baş İdarəsinin ianələri ilə alınaraq qardaş türk ölkələrinə hədiyyə edilir. İLESAM bu aksiya ilə Türk birliyi naminə möhtəşəm bir iş görür.