Türkiyənin Konya şəhərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Rate this item
(0 votes)

 

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan Mədəniyyət Günləri təşkil olunacaq.

 

10 avqustda keçirilməsi planlaşdırılan Azərbaycan Mədəniyyət Günləri musiqili proqramlar, sərgilər və digər hissələrdən ibarət olacaq. Mədəniyyət Günlərinin təşkil olunduğu bölmədə iştirakçılara və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, müasir həyat tərzi və reallıqları barədə müfəssəl məlumatlar veriləcək.