Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub

Rate this item
(0 votes)

Sumqayıtda Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov, Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları dost ölkələr olan Türkmənistan ilə Azərbaycanın ikitərəfli münasibətlərində mədəniyyət, humanitar və idman sahələrində əməkdaşlığı yüksək qiymətləndirib və gələcək inkişaf məsələlərini müzakirə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2024)