GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Mustafa Şeyxpurun “Yalqız insanlar kimi divarlara…” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Gecə qondu

Və biz kəpənəklər kimi işıqlara

Quşlar kimi dallara

Yalqız insanlar kimi divarlara

Sığındıq qaranlıq küçəyə.

 

Kölgəmizdə qaranlıq bir otaq

Kölgəmizdə itkin bir insan

Kölgəmizdə bir küçə.

 

Əllərimi tutarsansa

Bir lampanın işığı vardır kölgəmizdə

Sarı lampa

Kəpənəkləri gətirəcəkdir bizə

Sonra pəncərəsi olacaq

Sonra quşları çağıracağıq kölgəmizə

Birdən bir sərçə qonacaq barmaqlarıma

Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)