Bu gün Növbədənkənar prezident seçkiləri günüdür və ölkədə qeyri-iş günüdür

Rate this item
(0 votes)

Bu gün Azərbaycanda Növbədənkənar prezident seçkiləri günüdür. Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2024)