UNESCO Azıx və Tağlar mağaralarını İrs Komitəsinin İlkin siyahısına daxil edib Featured

Rate this item
(0 votes)

Azərbaycanın Qarabağ bölgəsində yerləşən “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyadda keçirilən 45-ci sessiyasının qərarı ilə İlkin siyahıya (Tentative List) daxil edilib.

 

Bu barədə AzərTAC-a UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.

Xatırladaq ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiyalar artıq qurumun Ümumdünya İrs Siyahısına daxil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)