“Bu dəhşətdir. Bu ağrı-acıdır. Bu eşqdir” Featured

Rate this item
(1 Vote)

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman Şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Mustafayev Vəli Ceyhun oğlunun Şəhid olduğu xəbərini eşidən sevgilisi özünü yaşadıqları binadan ataraq intihar edib. 

Vəlinin sevdiyi qız bir cümləlik məktub yazıb: "Məni Vəlinin yanında dəfn edin". Lakin qızın valideynləri Biləcəri qəsəbəsində yaşadıqları üçün qızlarını yaşadıqları ərazidə dəfn etməyə qərar veriblər. 

Bir-biri üçün yaranıb, bir-biri üçün ölmək də hər sevənin hünəri deyil. Onların sevgisi  nümunə sevgidir. Onlarpn sevgisi tarixin yaddaşında yer alan sevgidir. 

Ruhları şad olsun!

O dünyada qovuşsunlar, İnşallah!

Sənan Mustafaoğlu bu tükürpədici hadisə ruhunda şeir yazıb:

 

Bu xamır, suyu çox aparmadımı?

Bu alın yazısı hara yazılıb?

Görən bu millətin bəxti, taleyi

Niyə qaralardan qara yazılıb?

 

Niyə dağ cüssəli ərənlərimi

Torpaq qucaqlıyır, daş əvəzliyir?

Niyə körpələrin təbəssümünü

Bir ömür durmayan yaş əvəzliyir?

 

Yandırır qəlbimi sönən ocaqlar

Şəhid Anaları gör nələr çəkir

Görəndə bükülmüş Şəhid Atası

Özümə gəlməyim həftələr çəkir

 

Bu qədər yalvarış, bu qədər istək

Allaha çatmırmı "ərizələrim"?

Çox şey istəmirəm bizə sülh göndər

Daha çoxalmasın Fərizələrim!

 

“Ədəbiyyat və incəsənət”

(23.09.2023)