Hümbət Həsənoğlunun “Özünəironiya haqqında” essesi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Hümbət Həsənoğlunun “Özünəironiya haqqında” adlanan essesini təqdim edirik.

 

 

İnsan yaşlaşdıqca, onun bədəni şuxluğunu, qıvraqlığını itirir, bundan o, kədərlənir, ciddiləşir, qaraqabaq olur. Çox vaxt da, ürəkdən gülmək əvəzinə , o, üz əzələlərini sıxıb cılız təbəssümə oxşar bir ifadə sərgiləyir.

Belə olduqda, orqanizm onu gümrah saxlayan sevinc hormonlarından məhrum olur. Qapalı dairə əmələ gəlir, insan kədərləndiyindən sevinc hormonları əmələ gəlmir, bu hormonlar olmadığından insan kədərlənir.

Nə etməli? Bu zənciri necə qırmalı?

İlk növbədə insan elə bu hal üçün ona verilmiş gözəl bir mexanizmi işə salmalıdır. Bu mexanizmin adı özünəironiyadır. İnsan öz təbii olaraq zəifləyən halına yumor hissi ilə yanaşa bilməli, özündə və ətrafında sevinmək üçün, xüsusən də kiçik sevinclər üçün çoxlu səbəblər tapmalıdır. Arada ürəkdən gülməyin, hətta qəhqəhə çəkməyin də orqanizmə xüsusi xeyri var. İnsan bunu məqsədli etməlidir, o, diqqətli olsa, ətrafında belə səbəblərin çox olduğunu görə bilər. 

Bunu öz pozitiv dostları, yaxın və doğmaları ilə birlikdə etsə, şən əhvali-ruhiyyə üçün çoxlu səbəblər tapar.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)