Somersat Moem: “Həyatın mənə öyrətdiyi ən dəyərli şey bu oldu: heç nəyin peşmançılığını çəkməyəsən” Featured

Rate this item
(0 votes)

 “Ədəbiyyat və incəsənət” portalı “Qısa fikir xəzinəsindən” rubriikasında bu gün sizlərə Somerset Moemin aforizmlərindən seçmələri təqdim edəcək.

 

 

Nəyi isə azadlıqdan üstün tutan millət azadlığından məhrum olacaq. Gülməlisi odur ki, var-dövləti ya firavanlığı azadlıqdan üstün tutsa, onlara da həsrət qalacaq.

***

Mənasız məxluq olmamağı üçün İnsana çox böyük bir bədəl ödəmək lazım gəlir.

***

Nə qədər dansaq belə, qəlbimizin dərinliyində bilirik ki, başımıza gələnlərin hamısına layiqik.

***

İnsanın ki ümidi qırıldı, daha onda heç nə qalmır.

***

Həyatın mənə öyrətdiyi ən dəyərli şey bu oldu: heç nəyin peşmançılığını çəkməyəsən.

***

İnsanlar anlamadıqları şeyləri ələ salmaqdan xoşlanırlar.

***

Sadə və aydın yazmaq eynilə səmimi və xeyirxah olmaq qədər çətindir.

***

Həyatın ən böyük faciəsi insanların ölümlü olmaları yox, sevməyi bacarmamalarıdır.

***

Keçmiş haqda ki düşünməyə başladınız, deməli, artıq gələcəyiniz yoxdur.

***

Ölmək cansıxıcı və kədərli şeydir. Sizə tövsiyəm: belə şeydən uzaq durun.

***

İnsanlar ancaq deyəcəkləri söz olanda danışsaydılar, ünsiyyət qurmağı az vaxtda tamam yadırğayardılar.

***

İnsan – olmaq istədiyi deyil, olmaya bilməyəcəyidir.

***

Həyatda uzun sürən xoşbəxtliyə bir tək başqaları üçün yaşamaqla nail ola bilərsən.

 

“Ədəbiyyat və incəsənət”

(03.08.2023)