Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər

Rate this item
(0 votes)

“Report” xəbər verir ki, bunu AYB-nin sədr müavini Rəşad Məcid Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

O, bu təşəbbüslə yaxın zamanlarda çıxış edəcəyini bildirib.

"Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”, - R.Məcid vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)