Zeynep Kaçarın “Yalnız” romanı mükafat qazanıb

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar Türkiyə mənbələrinə istinadən xəbər verir ki, iyunun 1-də təşkil edilən gecədə 2023 “Notr-Dam de Sion Ədəbiyyat Mükafatı” öz qalibini tapıb. 2008-ci ildən bəri təşkil edilən “Notre-Dam de Sion Ədəbiyyat Mükafatı” növbə ilə bir il türkcə yazılmış əsərə, digər il fransızca yazılmış və türkcəyə çevrilmiş bir əsərə verilir.

Və 2023-cü ildə  “NDS” Ədəbiyyat Mükafatı türkcə yazılmış əsərə verilib. Zeynep Kaçarın “Doğan Kitap” nəşriyyatında çap edilən “Yalnız” romanı bu il mükafatın qalibi olub.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2023)