Heydər Əliyev və müasir ədəbiyyat Featured

Rate this item
(0 votes)

Heydər Əliyev ili münasibətilə “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi növbəti məqalə şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsindir. “HEYDƏR ƏLİYEV VƏ MÜASİR ƏDƏBİYYAT” adlanır.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan Res­pub­likasına rəhbərlik etdiyi zaman kəsimini sənətin və ədəbiyyatın inkişafında müasir intibah dövrü adlandırmaq olar. İlk növbədə ona görə ki, bu dövr tarixi yaddaşımıza qayıdışda mühüm əhəmiyyət kəsb edən bir prosesin - azərbaycançılıq məfkurəsinin, milli ədəbiyyatın və ziyalılığın oyanış, dirçəliş dövrüdür. Hə­lə so­vet ha­ki­miy­yə­ti il­lə­rin­dən başlayaraq, Ümummilli lider ədəbiyyatın və­tən­pər­vər­lik, mil­li­lik və müa­sir­lik ru­hun­da in­ki­şaf et­di­ril­mə­si­ni ön mövqeyə çəkmiş, mil­li-ta­ri­xi özü­nü­dərk pro­ses­lə­ri­nin də­rin­ləş­mə­sin­də bədii nümunələrin əhə­miy­yət­li rol oy­na­dığınıbildirmişdir.

Hey­dər Əli­ye­vin ədəbiyyata baxışında müasirlik anlayışı prioritet məsələlərdən olmuşdur. Çağdaş düşüncə, yeni təfəkkür əsasında həm dövrü, həm yazılan əsəri dəyərləndirmək əzmi onun müasirlik meyarının əsas istiqamətləri idi. Meydana qoyulan mətnlərdə öz dövrünü dolğunluğu ilə göstərməyi, zamanın ruhunu, mühüm meyil və qanunauyğunluqlarını açmağı o, təməl vəzifə olaraq irəli sürürdü.  Çıxışlarında dəfələrlə bildirirdi ki, Azər­bay­can ya­zı­çı­la­rı­nın əsas qay­ğı­sı zə­ma­nə­miz və müa­sir­lə­ri­miz haq­qın­da gö­zəl əsər­lər ya­rat­maq ol­ma­lı­dır.

Heydər Əliyev üçün müasirlik çağdaş epoxanın inkişaf qanunauyğunluğunu açmağa kömək edən hər şey demək idi. Onun müxtəlif tədbirlərdəki çıxışları, qurultaylardakı də­rin məz­mun­lu mə­ru­zə­lə­ri, yazıçı və şairlərlə söhbətlərində vardığı bir çox problemlərə baxışı ədə­biy­­yat­da müa­sir­lik mə­sə­lə­si­nin qoyuluşunun, bədii həllinin aydın ifadəsinə çevrilmişdir.

Ümummilli lider sənətdə azadlıq, istiqlal düşüncəsinin alovlu tərəfdarlarından olmuşdur. Onun sovet hakimiyyətinin ən sərt dönəmlərində belə milli ruhu qorumaqla bağlı əzmli davranışlarının zəminində bu amal dayanırdı. Ulu Öndərinsi­ya­sə­ti­ni is­tiq­lal sö­zü ilə bir müs­tə­vi­yə qo­yub, bu anlayışa münasibətini, bütün tərcümeyi-halında bu ifadənin funksionallığı üçün hansı çətinliklərdən keçməsini göz önünə gətirmək çətin deyil. Hələ sovet dövründən onun diqqəti əsərlərində azadlıq ideallarını daim uca tutan şairlərin, yazıçıların üzərində olmuş, onları qorumuş, himayə etmiş, dəstəkləmişdir. Hakimiyyətinin ikinci dövründə, 1995-ci il­də isə Hey­dər Əli­ye­vin sə­rən­ca­mı ilə ilk də­fə ola­raq “İs­tiq­lal” or­de­ni tə­sis olu­nmuş və bu or­de­n üç şa­irə – Xə­lil Rza Ulu­türk (ölü­mün­dən son­ra), Məm­məd Araz, Bəx­ti­yar Va­hab­za­dəyə təqdim edilmişdir.

Xalq şai­ri Xə­lil Rza Ulu­türkün vəfatı ilə əlaqədar 24 iyun 1994-cü il ta­rix­də­ki vi­da mə­ra­si­min­də Heydər Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Ümummilli lider milli ruhunda azadlıq düşüncəsini gəzdirən, onu zamanın amansız aşınmalarından qoruyub günümüzə zədəsiz gətirə bilən nəhəng şəxsiyyətdir: “Xə­lil Rza Azər­bay­can xal­qı­nın mil­li azad­lıq uğ­run­da mü­ba­ri­zə­si­nin ön cər­gə­sin­də get­miş, bu mü­ba­ri­zə­yə qalx­mış gənc­lə­ri­mi­zə həm alim, həm də şa­ir ki­mi… ör­nək ol­muş­dur. O da­im Azər­bay­ca­nın müs­tə­qil­li­yi duy­ğu­la­rı ilə ya­şa­mış, hə­ya­tı­nın şü­ur­lu his­sə­si­ni bu­na na­il ol­ma­ğa sərf et­miş, bö­yük xid­mət­lər gös­tər­miş­dir. …Mən da­im onun ya­ra­dı­cı­lı­ğı­na, in­san­lı­ğı­na, və­tən­daş­lı­ğı­na, ən çox da cə­sur­lu­ğu­na, əyil­məz­li­yi­nə, öz ide­ya­la­rın­dan dön­məz­li­yi­nə hör­mət et­mi­şəm, onu yük­sək qiy­mət­lən­dir­mi­şəm».

Bu fikirlər Xə­lil Rza Ulu­türkün ədə­bi-ic­ti­mai xid­mət­lə­ri­nə ve­ril­miş yük­sək qiy­mə­tin ifa­də­si ol­maq­la bə­ra­bər, həm də ya­zı­çı və şa­ir­lə­rə ün­van­lanmış ça­ğı­rış,iqtiqlal və hürr duyğularına verilən rəhbər dəyəri, rəhbər salamı idi.

Hey­dər Əli­yevin müasir ədəbiyyata yanaşmasında vacib olan digər məqama diqqət yönəltmək lazımdır. O da Ulu Öndərin ədə­bi tən­qi­din ro­lu və və­zi­fə­lə­ri mə­sə­lə­si­nə xü­su­si həssaslıqla yanaşması faktıdır. Çıxışlarında dəfələrlə vurğulayırdı ki, müa­sir ədə­bi-bə­dii pro­se­si tən­qid­çi­lə­rin, ədə­biy­yat­şü­nas­la­rın f­ə­al və fay­da­lı işi ol­ma­dan tə­səv­vür et­mək müm­kün de­yil­dir. On­lar bə­dii hə­ya­tı­mı­zın mü­rək­kəb, bə­zən zid­diy­yət­li pro­ses­lə­ri­ni də­rin­dən təh­lil et­mə­yə və ümu­mi­ləş­dir­mə­yə borc­lu­dur­lar: “Tən­qi­di fik­rin üfüq­lə­ri hə­lə də nə­zə­rə­çar­pa­caq də­rə­cə­də ge­niş­lən­mə­miş­dir... Azər­bay­can ədə­biy­yat­şü­nas­lı­ğı­nın və tən­qi­di­nin və­zi­fə­lə­ri ge­niş və çox­cə­hət­li­dir. İc­ti­mai, bə­dii-es­te­tik zövq­lə­ri for­ma­laş­dır­maq, in­cə­sə­nət­də sö­nük­lü­yə, dur­ğun­lu­ğa, xal­tu­ra­ya, ya­ban­çı ba­xış­la­ra qar­şı mü­ba­ri­zə apar­maq işin­də ədə­biy­yat­şü­nas­lı­ğın və tən­qi­din ro­lu­nu güc­lən­dir­mək la­zım­dır”.

Heydər Əliyev bütün çətin və gərgin, kataklik proseslərin tüğyan elədiyi zamankəsimlərində belə ədəbiyyat və mədəniyyətin mövqeyini ali səviyyədə qiymətləndirmiş, onların kölgədə qalıb ikinci planda qəbul edilməsinə yol verməmişdir. Müs­tə­qil­lik il­lə­ri­nin əv­vəl­lə­rin­də - xaotik gerçəkliklərlə, müəyyən sosial-siyasi böhranla üz-üzə qaldığımız dövrlərdə  Hey­dər Əli­ye­vin söy­lə­di­yi bir  fi­kir onun bü­tün fəa­liy­yət xət­ti­ni uğurla simvolizə edir: “El­mi­miz­lə, mə­də­niy­yə­ti­miz­lə, mə­nə­viy­ya­tı­mız­la çox eh­ti­yat­lı, çox diq­qət­li dav­ran­maq la­zım­dır. Bu iş­lə­ri ba­zar iq­ti­sa­diy­ya­tı­nın ix­ti­ya­rı­na ver­mək ol­maz”. Məhz bu baxışın, bu möhkəm iradənin sayəsindəədəbiyyat 1990-cı illərin dərin böhranından silkinib qurtula bildi. Dəyərlərinə, milli sərvətinə sahib çıxaraq gələcəyə daha inamlı şəkildə addım atdı. Bunun üçün Heydər Əliyevin gerçəkləşdirdiyi əməllər sırası vardı. Bu əməllər hansılar idi?.. İlk növbədə, bu böyük şəxsiyyətin Azərbaycan Yazıçılar Birliyini təhlükədən xilas etməsi, onun ədəbi orqanlarına sahib çıxması, gənc və yaşlı yazarların sosial vəziyyətini asanlaşdırmaq üçün təqaüdlər ayırması vəs., və i.

Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin bağlanması məsələsi ilə bağlı zamanında atdığı mütərəqqi addım onun sənət, ədəbiyyatla bağlı həyata keçirdiyi işlərin ən mötəbərlərindən sayıla bilər. Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin 1997-ci ilin okt­yab­rın­da ke­çi­ri­lən X qu­rul­ta­yın­da Heydər Əliyev bildirirdi: “Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi bu al­tı il müd­də­tin­də – ke­çən qu­rul­tay­dan in­di­yə qə­dər – çox iş gö­rüb­dür. Ya­zı­çı­lar Bir­li­yi­ni qo­ru­yub sax­la­yıb, onun par­ça­lan­ma­sı­na, da­ğıl­ma­sı­na yol ver­mə­yib­lər. Gö­rür­sü­nüz, bu al­tı il­də bi­zim Azər­bay­ca­nın ba­şı­na nə iş­lər gə­ti­rib­lər. Ya­zı­çı­lar Bir­li­yi də bü­tün bu sı­naq­lar­dan, im­ta­han­lar­dan ke­çib­dir. Ona gö­rə də şəx­sən mən be­lə he­sab edi­rəm ki, bu­nu yük­sək qiy­mət­lən­mək la­zım­dır. Ya­zı­çı­lar Bir­li­yi­nə rəh­bər­lik edən şəxs­lə­rin fəa­liy­yə­ti­ni yük­sək qiy­mət­lən­dir­mək la­zım­dır”.

Eləcə də Azər­­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin mət­bu or­qan­la­rı olan «Ədə­biy­yat qə­ze­ti»nin, «Azər­­bay­can», «Qo­bus­tan», «Ul­duz» və «Literaturnıy Azer­baydjan»jur­nal­la­rı­nın nəş­ri­nin döv­lət tə­rə­fin­dən ma­­li­y­yə­­ləş­di­r­mə­si Ulu Öndərin ədəbiyyata verdiyi dəyərin ən alilərindəndir.Bu addım Hey­dər Əli­ye­vin çə­tin ke­çid döv­ründə,  xalqın məruz qaldığı tarixi sınaq məqamlarında mil­li ədə­­biy­­ya­tın və ədəbi prosesin in­ki­şa­fı­na gös­tər­di­yi bö­yük qay­ğı­nın əmə­li tə­za­hü­rü­dür. İkinci dəfə ha­ki­miy­yə­tə gə­lən Hey­dər Əli­ye­vin müa­sir ədə­biy­yatın inkişafı istiqamətində başladığı proseslər bir tə­rəf­dən klas­sik ədə­biy­ya­tı xalqın yaddaşına yenidən qaytarmaq niyyətinə bağ­lı idisə, di­gər tə­rəf­dən çağ­daş ədə­bi pro­se­sidirçəltmək amalından qaynaqlanırdı. Onun mad­di ça­tış­maz­lıq­lar uc­ba­tın­dan uzun fa­si­lə­lər­lə işıq üzü gö­rən, hət­ta bağ­lan­maq təh­lü­kə­si ilə üz-üzə du­ran ədə­bi or­qan­la­rın: "Azər­bay­can", "Li­te­ra­tur­nıy Azer­bay­djan", "Ul­duz", "Qo­bus­tan" jur­nal­la­rı­nın və "Ədə­biy­yat qə­ze­ti"nin öl­kə­nin döv­lət büd­cə­sin­dən ma­liy­yə­ləş­di­ril­mə­si ilə bağlı imzaladığı sərəncam da ilk növbədə, yeni düşüncənin, yeni ədəbiyyatın gəlişməsinə imkan açma niyyəti ilə bağlı idi. 

Heydər Əliyev üçün yeni ədəbiyyat, yeni düşüncə nəyi ifadə edirdi? İlk növbədə, şair və yazıçıların xalqa, yaddaşa xidmətini, tarixi keçmişə hörmətlə yanaşmasını, milli ruhun təmsilçisi olmasını, eyni zamanda dünyəvi, modern sənət prinsiplərinin mənimsənilməsini. Ümummilli lider bütün hallarda ədəbiyyatı xalqın dərdlərinin və keçdiyi tarixi yolun tərcümanı kimi görürdü və əsas missiya kimi yaradıcı şəxslərəöz dəyərlərinə sadiq olmağı aşılayırdı. Məsələn, məlumdur ki, so­vet döv­rü sü­qu­ta uğ­ra­dıq­dan son­ra həmin dövr ədə­biy­ya­tı­nı qiy­mət­lən­dir­mək, onun ta­ri­xi də­yə­ri­ni ver­mək zə­ru­rə­ti mey­da­na çıxmış­dır. Problemə münasibətdə ikili yanaşma yaranmışdı: mühafizəkar və nihilist. Ədəbi prosesdə, ədəbi qəzet və jurnalların səhifələrində bu yöndə aramsız mübahisələr gedir, diskussiyalar aparılırdı. Hey­dər Əli­yev ədəbi gündəmi izləyən biri kimi prob­le­mə mü­na­si­bət­də sa­bit el­mi də­yər­lər­dən çı­xış et­mə­yi va­cib bi­ldi: Biz ha­mı­mız döv­rün, zə­ma­nə­nin öv­lad­la­rı ol­du­ğu­muz­dan onun ste­reo­tip­lə­rin­dən kə­na­ra çı­xa bil­mir­dik. Çıx­ma­ğa im­kan da yox idi, çün­ki o za­man ya­zı­çı da, alim də, adi adam da be­lə he­sab edir­di ki, baş­qa cür ola bil­məz. Ona gö­rə də in­di ki­min­sə dö­şü­nə döy­mə­si mə­na­sız­dır. Be­lə­lə­ri­nin öz­lə­ri də o za­man bu cür yaz­mış­lar. Bu, bi­zim ta­ri­xi­mi­zin re­al­lı­ğı­dır. Onu təh­rif et­mək ol­maz... O dövr­də ya­şa­yan və Azər­bay­ca­nın mə­də­niy­yə­ti­ni, ədə­biy­ya­tı­nı in­ki­şaf et­di­rən adam­la­ra in­di irad tut­maq ol­maz, bu, gü­nah­dır”.

Bu fi­kir­lərlə Ulu Öndər həm So­vet döv­rü Azər­bay­can ədə­biy­ya­tı­nın ob­yek­tiv nöqteyi-nəzərdən təhlilini tələb edirdi, həm də həmin illərdə yaşayıb-yaratmış şəxsiyyətlərə yüksək qədirşünas mövqedən yanaşırdı: “...əgər kim­sə 80-ci il­lə­rin axır­la­rın­da, 90-cı il­lə­rin əv­vəl­lə­rin­də ta­ri­xi­mi­zin bö­yük bir his­sə­si­ni cı­rıb at­maq is­tə­yir­di­sə və bə­zən on­lar bu­na na­il olur­du­sa, öz­lə­ri heç bir xid­mət et­mə­miş adam­lar xal­qa sə­da­qət­lə xid­mət et­miş in­san­la­rı ara­dan çı­xar­ma­ğa ça­lı­şır­dı­lar­sa, bun­lar ke­çi­ci bir şey­dir. Gör­dü­nüz ki, on­lar keç­di­lər, get­di­lər. Bu gün  Sü­ley­man Rüs­təm, Sə­məd Vur­ğun, Rə­sul Rza ki­mi bö­yük şa­ir­lə­rə, on­la­rın ya­ra­dı­cı­lı­ğın­da bu­gün­kü gü­nə uy­ğun ol­ma­yan han­sı­sa nü­ans­la­ra irad tut­maq, he­sab edi­rəm ki, mə­nə­viy­yat­sız­lıq­dır. Be­lə adam­la­rın öz­lə­ri xalq, mil­lət, öl­kə üçün heç bir şey et­mə­yib­lər. Əgər bi­zim xalq di­li ilə de­sək, on­lar nə Sə­məd Vur­ğu­nun, nə Rə­sul Rza­nın, nə də Sü­ley­man Rüs­tə­min dır­na­ğı qə­dər ola bil­məz­lər”.

  Bütün böyük,gör­kəm­li şəx­siy­yət­lər kimi, Heydər Əliyev də cə­miy­yə­tin və xal­qın tə­ka­mül pro­ses­in­də müasir ədə­biy­ya­tın ro­lu­nu və tə­si­ri­ni də­rin­dən qiy­mət­lən­dir­irdi. Məhz buna görəcari döv­rün ədə­bi pro­se­si­ni öl­kə­nin qar­şı­sın­da du­ran bö­yük ide­al­la­ra doğ­ru is­ti­qa­mət­lən­dir­ir, bu yolda olan bütün maneələri özü aradan qaldırırdı. Həm ədəbi şəxsiyyətlərlə ünsiyyət, əlaqə yaradıb onlara lazımi məsləhətlər verir, həm də potensial bədii imkanlarıxalqı dir­çəlt­mək, milli ruhu diri saxlamaq işinə sə­fər­bər et­məklə ədə­biy­yat fak­to­run­dan, ya­zı­çı ami­lin­dən dü­şü­nül­müş şə­kil­də yararlanırdı. Hər iki halda  sənətin və ona dəyər verən rəhbərin bu uğurlu birgəliyindən qazanan ədəbiyyat və Zaman idi.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2023)