“Unudulmaz sevgi şeirləri”ndə “Nazına qurban”

Rate this item
(1 Vote)

 

“Ədəbiyyat və incəsənət” portalının “Unudulmaz sevgi şeirləri” rubrikasında bu dəfə sumqayıtlı gənc şair Elvin Əlizadənin “Nazına qurban...” şeiri təqdim edilir. 

 

Nazın ürəyimi odlara yaxdı,

Sönməsin, bu odun közünə qurban.

Yaşadım, Allahım üzümə baxdı,

Yenə naz edirsən, nazına qurban?!

 

Sən getsən, güllərin yazı da gedər,

Ömrümün dadı da, duzu da gedər. 

Önündə lal duran quzu da gedər

dünyanın ən gözəl qızına qurban.

 

Elvin, qədrini bil ilk məhəbbətin,

İçində azsan da dərdin, həsrətin.

Sevdiyin gözəldən gələn zillətin

Çoxuna şükür de, azına qurban!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)