AzTV Xalq şairi Məmməd Arazın arxiv görüntülərini yayıb

Rate this item
(0 votes)

Azərbaycan Televiziyası arxivindən uzun müddətdir işıq üzü görməmiş yeni kadrlar yayımlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzTV-yə istinadən xəbər verir ki, “AzTV Tarix” yutub kanalında yayımlanmış arxiv materiallarda Xalq şairi Məmməd Arazın unikal görüntüləri var. Görüntülər AzTV-nin 2006-cı ildə M.Arazın xatirə gününə həsr etdiyi “Məni şeirində gəz…” sənədli filmində yayımlanıb. Filmdə Azərbaycan Televiziyasının xalqımızın maddi-mənəvi sərvəti hesab olunan arxivinə müraciət olunub, Xalq şairinin müxtəlif vaxtlarda çəkilmiş kadrlarından istifadə olunub. 

Sənədli filmdə Məmməd Arazın məşhur “Azərbaycan” şeiri səsləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu istiqamətdə işlərə başlanılıb.

 

“Ədəbiyyat və incəsənət” (02.12.2022)