Rumıniya səfərimizin Məmməd İsmayıl xatirəsi

Rate this item
(0 votes)

 

“Yazarın söz mətbəxi” rubrikasında gənc şair Ümid Naccarinin ustad şair Məmməd İsmayıl barədəki qeydləri təqdim olunur.

 

Azərbaycanın görkəmli şairi, mənəvi atam Məmməd İsmayıl ilə Ruminiyaya çox möhtəşəm bir səfərimiz oldu. Məmməd  müəllimi yaxından tanıdığıma və şəxsiyyətinə bələd olduğuma görə çox sevinirəm. 

"Mən şair taleyinə inanan adamam!"- deyir o və həqiqətən də şair ömrü sürən insandır. “Dostu tanımaq istəyirsənsə səfərə çıx” - demiş atalar... 

Ədəbiyyat üzrə beynəlxalq müstəvidə böyük uğurları olan Məmməd İsmayıl həm də xaraktercə bütöv və misilsiz şəxsiyyətdir və bu uğurlar heç də təsadüfi deyil. Bu, illərlə formalaşan şairlik həyatının və istedadın səmərəsidir. 

Bu səfərdə illərini ədəbiyyata, sənətə həsr etmiş Məmməd müəllim qızıldan dəyərli olan təcrübələrini mənə bir övladı kimi öyrətdi. 

Sizə cansağlığı və səfərlərimizin davamını arzulayıram, əziz Məmməd müəllim!