Materikin ən böyük ədəbiyyat festivalının müsabiqə proqramı davam edir

Rate this item
(0 votes)


Xəbər verdiyimiz kimi, Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalının müsabiqə proqramına start verilir. Azərbaycanlı yazarlar festivalın final mərhələsində təmsil olunmaq, “Dünya yazıçılarının canlı antologiyasında” iştirak etmək şansını necə sınaya bilərlər?
“Ədəbiyyat və incəsənət” portalı festivalın Təşkilat Komitəsinin festivalın müsabiqə proqramı barədə  məlumatını bir daha diqqətinizə çatdırır:
Şərtlər:
1.    Bu elektron ünvana - Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. aşağıdakıları yollamalı:
1.1.       İşrirak ərizəsini  - https://cloud.mail.ru/public/5sGX/sBLuWdPXx
1.2. Ana dilində poeziya və nəsr nümunənizi səsləndirməyinizin video görüntüsünü;
1.2.1.     həcmi 3 dəqiqəlik;
1.2.2.    horizontal çəkiliş;
1.2.3.    videoda səsləndirdiyinizin ingilis dilində sətri, yaxud bədii tərcüməsi, word formatında.

Müsabiqə işlərinin qəbulu iyul ayının 15-dən avqust ayının 31-dək davam edəcək.
Müsabiqənin nəticəsinə görə
1.Bütün dünyanın 200 ədibi LiFFt festivalının final mərhələsində iştirak edəcək, “Dünya yazıçılarının Canlı Antologiyası” video-layihəsinin iştirakçısı olacaq;
2.Müsabiqənin bütün iştirakçıarının müsabiqə çıxışı LiFFt festivalının YouTube kanalında və digər sosial şəbəkələrdə nümayiş olunacaq.
3.Festivalın yekununa görə:
3.1. Festivalın laureatı elan ediləcək. O, qızıl medalla, “Qızıl LiFFt” seriyasından kitabının nəşri ilə mükafatlandırılacaq;
3.2 Növbəti- 6-cı festivalın öz ölkəsində keçirilməsini təmin edəcək;
3.3. Final mərhələsinin bütün iştirakçıları Diplomlarla təltif olunacaq. Xüsusi fərqlənənlər Gümüş medallar qazanacaqlar.

Festivalın final mərhələsi 15-25 oktyabr tarixində Türkiyədə, İstanbul şəhərində keçiriləcək. Onlayn keçirilən festivalın finalında canlı iştirak şəxsi istəkdən asılı olacaq. Bunun üçün finalçı Təşkilat Komitəsinə müraciət etməlidir.
Festivalın Təşkilat Komitəsi ilə əlaqə:
Sayt: http://lifft.ru/
Е-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.