Şəhidlər barədə şeirlər – Şaiq Kəlbiyev

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şaiq Kəlbiyevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ŞAİQ  NAMİQ OĞLU KƏLBİYEV

(10.09.1994.-15.10.2020.)

 

Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuş, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

                     ŞAİQ

 

Düşməni lərzəyə salan igidlər,

Torpağı düşməndən alan igidlər,

Onlar qəlblərdədir, unudulmazdır,

Nə qədər yazsaq da  onlardan, azdır.

 

Gəlin, xatırlayaq igid Şaiqi,

Ən uca məqama olan layiqi.

Dünyaya gəlmişdi gözəl Sahildə,

Hörmət qazanmışdı obada, eldə.

 

Şaiq doğma yurda qəlbən bağlıydı,

Yurdun qorxmaz oğlu, igid oğluydu,

Aprel döyüşündə göstərib hünər,

Düşmənin aşına qatmışdı  zəhər.

 

Müqəddəs döyüşlər başlayan zaman,

Şaiqgil düşmənə qusdurdular qan,

Onun döyüş yolu keçdi Talışdan,

Cəbrayıl, Füzuli, Suqovuşandan.

 

Dostları bu gün də xoş söhbət ilə,

Şaiqi anırlar məhəbbət ilə.

Necə cəsur imiş, mətanətliymiş,

Ölümdən qorxmayan cəsarətliymiş.

 

Döyüşlərdə yurdun igid balası,

Aldı, qismət imiş, qəlpə yarası.

Bir anda qovuşdu o şəhadətə,

Ucaldı əbədi, getdi cənnətə.

 

Oldu son anadək bu yurda sadiq,

Əbədi yaşayır, əbədi Şaiq.

Həmişə sevilib xatırlanacaq,

Xalqım əziz oğlun, hər vaxt anacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)