BİR SUAL, BİR CAVABda Mərcan Şahbuzlu

Rate this item
(1 Vote)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə "1Sual və1 Cavab" rubrikamızın qonağı vətənpərvər şeirlər müəllifi  Mərcan xanım Şahbuzludur.

 

Dərd anlayan, oda yanan vətəndaş, 

Yumruq kimi vətən deyib birləşək. 

Söz bir olsun, üz bir olsun, a qardaş, 

Dəli olaq, Koroğlutək kürləşək.

Bax bu cür çağırış-şeirlər yazır Mərcan xanım. 

 

SUAL

-Xoş gördük, əziz Mərcan xanım.

Basdığın yerlərə torpaq deyərək keçmə, tanı,

Düşün altında minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı,

Vermə, dünyaları alsan da, bu cənnət Vətəni. (Mehmet Akif Ərsoy)

Sualımız belədir:

Mərcan Şahbuzlunun qəlbində " 44 günlük müharibə" hansı izləri buraxdı?

 

CAVAB:

-Salam Ülviyyə xanım, xoş gördük.

Azərbaycan Silahlı Qüvvələri  44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ Müharibəsi bizim şanlı tariximiz oldu. Qəhrəman ordumuz mənfur düşməni torpaqlarımızdan qovdu və ədaləti bərpa etdi.

Bu gün biz azad və qalib xalqıq. Son 30 ildə ən ciddi problemimiz sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının xeyrinə həll olundu. 44 günlük Vətən savaşında müzəffər ordumuz və Ali Baş Komandan cənab İlham Əliyevin qüsursuz liderliyi - siyasəti nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi, düşmənin bel sütununu qırdı. Beləliklə, Azərbaycanın otuz illik Vətən həsrətinə son qoyuldu.

Düzdür, unutmadığımız, canlarını Vətənə fəda edən şəhidlərimiz, qazilərimiz də oldu, əlbəttə, "Vətən, uğrunda ölən varsa, Vətəndir"- söylənilib.

İndi biz  prezidentimiz cənab İlham Əliyevin " Dəmir yumruğu" və şanlı ordumuzun sayəsində zəfərimizlə fəxr edirik.

Yaşasın, Azərbaycan xalqı, yaşasın İlham Əliyev, Qarabağ Azərbaycandır!

Rubrikanıza dəvət etdiyiniz üçün Ülviyyə xanım, sizə də təşəkkürümü bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)