GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Mustafa Şeyxpurun “Evimin içində bir ev var…” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Mustafa Şeyxpurun şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Evimin içində bir ev var

Orda mən yoxam

Qapımızı döyəcəklər biriləri

Olmayınca dönəcəklər evlərinə.

 

Olduğum şəhərdə bir şəhər var

Bu şəhərdə mən yoxam

Gəlib gəzəcəklər turistlər

Çəkib gedəcəklər öz şəhərlərinə

Yoxluğumu hiss etmədən

Biri çantasında, biri isə quşların qanadında

Götürəcəklər məni evlərinə

Kimsə bilmədən, özləri bilə.

 

Sonra bütün evlərin içində bir ev olacaq

O evlərdə kimsə yox

Bütün qapılar döyüləcək

Kimsə açmayacaq qapıları

Sonra hər kəs dönəcək kölgəsinə.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2024)