Şəhidlər barədə şeirlər – Murad Yunusov

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Murad Yunusova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

MURAD BAYRAM OĞLU YUNUSOV

(10.09.2001.-04.11.2020.)

 

Kürdəmirin Şahsevən kəndindən olan Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

MURAD

 

Bizə doğma, əzizdir hər bir şəhidin adı,

Dostlar, yaxın oturun, tanıyağın Muradı.

Kürdəmirin Şahsevən  kəndində doğulmuşdu,

İllər keçib böyüyüb, cəsur əsgər olmuşdu.

 

Anaya, həm ataya şirindir hər bir övlad,

Üç qardaşın içində ən balacaydı Murad.

Allah verdiyi  ömrü aqillər verməz bada,

Hamıya əziz idi  doğma eldə, obada.

 

Müharibə başladı  namus, torpaq  uğrunda,

Vətənin bir parçası – xan Qarabağ uğrunda.

Döyüşsüz azad olmaz, “Vətən!”,  “Vətən!” deməklə,

İgidlər atıldılar  bu döyüşə  ürəklə.

 

Vətən, sənin nə qədər övladın varmış, mətin?!

Murad da bu məqamda göstərdi şücaətin.

Al Günəşli, buludsuz  səhərə inamıyla,

Düz qırx gün döyüşdü o zəfərə inamıyla,

 

Döyüşdü Füzulidə, Xocavənddə nər kimi,

Zoğalbulaqda mərdlik göstərdi  o, şir kimi.

Şəhadətə qovuşdu, belə qisməti varmış,

Yəqin Tanrı yanında sonsuz hörməti  varmış.

 

On doqquz il yaşadı, qısa, mənalı ömür,

Həyatın mənasını çox vaxt illər də demir.

Murad, qalmadı  sənin  qisasın,  qanın yerdə,

Ordumuz düşmənləri saldı sağalmaz dərdə.

Şüşa artıq bizdədir, Şuşanı almışıq biz,

Murad, ruhun şad olsun, qələbə çalmışıq biz.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2024)