Ümidlərimiz bilirsiniz haradadır? -ESSE Featured

Rate this item
(6 votes)

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

Görürsünüz, fikirlərimizi ifadə etməkdə necə də çətinlik çəkirik? Demək, istəyib də deyə bilmədiyimiz o qədər sözlər var ki, hamısı yığışıb qalıb boğazlarda, tərəddüdlü yollarda...

 

Nə qədər desək də ki, ətrafdakıların fikri önəmli deyil, ona görə addım atmıram, bilin ki, yalan deyirsiniz. Sadəcə, nələrəsə özümüzü inandırmaq istəyirik...

Sevmir, amma sevdiyinə inanmaq kimi, alınmır, amma alınmasına inanmaq kimi, bacarmır, amma bacarmasına ümid bəsləmək kimi...

 

Artıq qəlblərdə ümid də bitib, amma bitdiyinə qəbullanmaq istəməmək kimi...

Ümid sonda ölür, sonunu qəbul etməmək kimi...

Gələcəyə tələsirik sanki, indini yaşamadan gələcəyi planlaşdırırıq...

Zaman sürətlənib artıq, bezmişik yaşamaqdan deyəsən, baxmayaraq ki,  1 dəqiqə yenə də 60 saniyədir...

Səbr etməyə səbrimiz, izah etməyə kəlməmiz qalmayıb...

Həyatımız Youtube'da film kimi qarşımıza çıxsa idi başlanğıcına yox, sonuncu dəqiqələrinə çəkib baxacaqdıq...

 

Ümidlərimiz bilirsiniz hardadır?!

Kofelərdəki fallarda, “bəlkə bunda bəxtim gətirər” deyib ehtiyatla pozulan lotereya kartlarında, qapı arxasında, qaranlıq gözlərdə, bir telefon zəngindəki "alo" kəlməsində, bir sarılmada, hər küçədə, döngədə, qaranlıq gecələrdə, hər saat əqrəbində, mesajlarda və bəlkə də indi  sizin ovuclarınızdadı...

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)