Xan Sənəmin “Çəpər”i təqdim olundu Featured

Rate this item
(0 votes)

ƏMƏKDAŞIMIZ TƏBRİZDƏN XƏBƏR VERİR

 

 

Təbriz şəhərində Güneyli Xan Sənəmin “Çəpər” adlı kitabının təqdimatı keçirilibdir.

Təqdimatı şair, tənqidçi Rəsul İsməyiliyan aparıbdır.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla məlumat verir. 

Hekayələr haqda Nuriyyə Lövh, tanınmış güneyli yazıçı Ərəstu Mücərrəd, Əlirza Ənbaz, Şahin Muradi danışıbdır.

Kübra Mirhüseyni ilə İsa Zeyni isə kitabdan bir hekayəni öz səsləri ilə təqdimatda iştirak edənlərə şəkləndiribdilər.

Rubrikamızın şair üzvü olan Əli Cavadpurun qızı Aysel Cavadpur isə bağlamada, Əmin Cövdət isə saz musiqisində çıxış edibdirlər.

Başqa qələm sahibləri isə çıxışlarında şeir oxuyub, Xan Sənəmin kitabını təbrik deyibdirlər. Kitab təqdimatı Bəsarəti Musiqi Akademiyasında keçirilibdir.

Artırmalıyıq ki, Xan Sənəmin “Çəpər” adlı hekayələr kitabının nəşr edilməsi, onu Güneyin Qaradağında birinci qadın yazarına çevirdi.

Gün ərzində Xan Sənəmin “Qırmızı Nissan” adlı hekayəsi oxuculara təqdim ediləcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)