Günün fotosu: 3-cü minilliyin ilk fərqli təyyarəsi

 

Yeni istehsal olunmuş və istismara hazır olan A350-1000ULR (Ultra Long Range) təyyarəsinin özəlliyi onun 22 saat fasiləsiz uça bilməsindədir. 

 

Təyyarə Avstraliya aviakampaniyalarına məxsusdur və tam yerli istehsaldır. 

Təyyarə üçün artıq 2 birbaşa marşrut müəyyənləşib: Sidney-London və Sidney- Nyu-York. 

Təyyarənin özəlliyi onun “özünü yaxşı hiss etmək guşəsi”nə malik olmasıdır. Orada duş qəbul etmək, uzanmaq, yeyib-içmək mümkündür. 

Buna kimi isə ən uzinmüddətli requlyar hava reysi Singapore Airlines kompaniyasına məxsus Sinqapur- Nyu-York xətti idi ki, 18 saat 30 dəqiqə uzunluğa malik idi.

 

Müəllif: Kənan Məmmədli /“Ədəbiyyat və incəsənət”

Mənbə: Euronews

Fotonun müəlliflik hüququ: Qantas

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.