21 Noyabr – Ümumdünya Salamlaşma Günü Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 Ümumdünya Salamlaşma Günü (World Hello Day) hər il noyabrın 21-də keçirilir. Onun əsas məqsədi sülhün qorunması üçün şəxsi ünsiyyətin vacibliyini geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır. Çünki yalnız xeyirxah ünsiyyət vasitəsilə və güc tətbiq etmədən bütün münaqişələri həll etmək olar.

 

Salamlaşma bayramını 1973-cü ildə, soyuq müharibənin ən qızğın dövründə, Misir və İsrail arasındakı münaqişəyə cavab olaraq iki amerikalı qardaş – Maykl və Brayen Makkomak düşünmüşlər. Salamlaşma günü beynəlxalq gərginliyin güclənməsinə etiraz kimi çox zəruri aksiyadır. “Sadə, lakin təsirli addım atmaq lazımdır” deyə düşünən qardaşlar dünyanın hər yerinə səmimi, mehriban salamlaşma məktubları göndərmişlər. Onlar dünyada sülhün qorunması və gərginliyin azaldılması üçün öz ideyalarını heç kimə məcburi qəbul etdirmirdilər. Makkomak qardaşları məktub ünvanladıqları şəxsdən, sadəcə, daha kimlərisə, heç olmasa on nəfəri salamlamağı xahiş edirdilər.

Bu ideya 180-dən çox ölkədə dəstəklənmişdir. Həmin vaxtdan Ümumdünya Salamlaşma Gününü həm müxtəlif yaşlı insanlar, həm də ayrı-ayrı peşə sahibləri, siyasi liderlər, sənaye maqnatları, məşhur kino və televiziya ulduzları qeyd edirlər.

Müxtəlif xalqların müxtəlif salamlaşma ənənələri fərqli olsa da, xüsusən beynəlxalq görüşlərdə millətlərarası etiket mahiyyətcə eynidir: görüş zamanı ənənəvi olaraq insanlar bir-birinə xeyir və sağlamlıq, rifah və uğur arzu edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2026)

 

 

                                                             

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.