Avqust ayının 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevayanın doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Mehriban xanıma təbrik məktubu ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, təbrik məktubunda yazılıb:
“Hörmətli Mehriban xanım!
Sizi doğum gününüz münasibəti ilə bütün veteranlar və şəxsən öz adımdan təbrik edir, Sizə xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Sizin xalqımızın sosial rifahının yaxşılaşması, respublikamızın çiçəklənməsi, ölkəmizin inkişafı, mənəvi-mədəni dəyərlərimizin təbliği istiqamətində atdığınız addımlar, ortaya qoyduğunuz əzm və fədakarlıq cəmiyyətimizin bütün təbəqələri kimi veteranlar tərəfindən də alqışlanmaqda, sevgi və məmnunluqla izlənməkdədir.
Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, eləcə də, həssas kateqoriyadan olan digər vətəndaşlarımıza olan mütəmadi dəstəyiniz, həssas və qayğıkeş münasibətiniz cəmiyyətimizin hər bir fərdi üçün örnək təşkil edir. İstər ölkə daxilində, istərsə də respublikamızın hüdudlarından kənarda həyata keçirdiyiniz humanitar aksiyalar Sizin necə böyük və nəcib qəlbə malik olduğunuzu göstərir. Bütün bu xeyirxah əməlləriniz sayəsində bütün dünya Sizin simanızda Azərbaycan qadınının nəcibliyinə, humanizminə, ülviliyinə həsəd aparır. Sadəcə veteranlara göstərdiyiniz qayğı və diqqətə görə deyil, həm də Azərbaycan qadını adına layiq həyata keçirdiyiniz saysız-hesabsız xeyirxah əməllərinizə görə Sizə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk.
Dəyərli Mehriban xanım!
Sizi xalqımıza sevdirən əsas xüsusiyyətlərinizdən biri də Azərbaycan Respublikasının Prezidenti - Müzəffər Ali Baş Komandana verdiyiniz böyük dəstəkdir. Biz bu dəstəyi həm 44 günlük Vətən müahribəsində, həm də post-müharibə dönəmində aydın şəkildə müşahidə etdik. Siz öz əməlləriniz, cəsarət və iradənizlə sübut etdiniz ki, Ali Baş Komandanın ən sadiq silahdaşısınız və ona sonadək dəstək olmaqda davam edəcəksiniz.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda tarixi və mədəni abidələrimizin bərpasındakı fəaliyyətiniz bütün dünyada heyranlıqla izlənilməkdədir.
Hörmətli Mehriban xanım!
Sizi bir daha dögum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, zəngin və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, biz veterenlar bundan sonra da Prezident İlham Əliyevin və Sizin həyata keçirdiyiniz siyasəti dəstəkləməkdə davam edəcəyik”.
“Ədəbiyyat və incəsənət”
(21.08.2026)


