Beynəlxalq Muzeylər Günü ilə bağlı görüş keçirilib

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Sənaye və Texnologiya Kollecində görüş keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən məlumat verilib.

 

Görüşdə Bülbülün Memorial Muzeyinin əməkdaşı Mehriban Qasımova çıxış edərək bu günün əhəmiyyətindən, muzeylərin tariximizin və mədəni irsimizin qorunmasında rolundan söhbət açıb. 

Muzeyin əməkdaşı Bülbülün Memorial Muzeyi, eyni zamanda muzeyin Şuşa  şəhərindəki filialı olan Bülbülün ev-muzeyi haqqında ətraflı məlumat verib.

Həmçinin kollecin şöbə müdiri Pərvin Məmmədova, müəllimləri Aynur Rzaquliyeva və Rəhimə Yaqubəli öz çıxışlarında təhsil müəssisələri ilə muzeylər arasında qarşılıqlı əməkdaşlığın vacibliyi, gənclərin dünyagörüşünün genişlənməsində bu cür maarifləndirici görüşlərin mühüm rolu olduğunu xüsusi vurğulayıblar. 

Görüş iştirakçılarda muzeylərə marağın artırılması və milli-mənəvi dəyərlərin təbliği baxımından yaddaqalan olub.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.