“Ədibin Evi”ndən növbəti mədəniyyətimizin təbliği layihəsi Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mədəniyyətimizin ən fəal təbliğatçılarından birinə çevrilmiş “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu əlbəttə ki, tək ədəbiyyat sferasındakı fəaliyyətlə kifayətlənmir, daha geniş arealda yorulmadan tədbirlər keçirir, mədəniyyət kəlməsinin qulaqlarda daim səslənməsinin qeydinə qalır.

 

Əlbəttə ki, mədəniyyətin iki qolundan biri olan ədəbiyyat digər qolun – incəsənətin də az qala hər bir növündə təmsil olunur. Məsələn, mahnı janrını götürək. Şeir olmasa mahnı olarmı?

Bu günlərdə “Ədibin Evi” İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Bakı Musiqi Akademiyası ilə birlikdə İçərişəhərdə möhtəşəm bir layihə hazırlayır.

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının məqsədlərinə uyğun olaraq mədəniyyətin hər kəsə əlçatan olmasını təmin etmək məqsədilə yay ərzində qala divarları önündə Azərbaycan milli musiqisindən ibarət yay konsertləri təşkil ediləcək. Bu konsertlər AsanTV vasitəsilə həm də virtual olaraq dünyaya nümayiş olunacaq.

Gözəl düşünülüb. Yüzillərin sınağından keçmiş bir məkanda yüzillərin sınağından keçmiş milli musiqimiz səslənir...

Və bu musiqi sərhədləri aşır, dünyaya bir xalqın necə ecazkar sənət nümunələrinə malik olmasını isbatlayır.

 

Qeyd: Birinci buraxılışı buradan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=bTv9eubZOQM 

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.