Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi Zəngilanda keçiriləcək Featured

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2026-cı ilin 2-8 avqust tarixində Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçiriləcəkdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi münasibətilə Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi genişmiqyaslı bərpa-quruculuq işləri ilə yenidən canlandırılan Şərqi Zəngəzurun dilbər guşəsi Zəngilanda təşkil olunacaqdır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştiraka dəvət edirik.

Düşərgənin proqramına Şərqi Zəngəzurun, həmçinin Qarabağın tarixi, mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Digər düşərgələrdə olduğu kimi, bu düşərgədə də gənclər ilk növbədə Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostluqlar qurmaq imkanları qazanacaqlar.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. İştirak xərcləri qarşılanacaq. Bundan əvvəl təşkil edilmiş düşərgələrə qatılan gənclərin təkrar iştirakı nəzərdə tutulmur.

DİQQƏT!

Düşərgədə iştirak üçün gənclər 31 may 2025-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilən onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatlar üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün:

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  

Tel.: +994 12 493 10 54

Mob.: WhatsApp: +99451 867 36 02

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.