Xalq artisti, baletmeyster Maqsud Məmmədovun vəfatı münasibətiylə Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanmədəniyyətinə ağıritki üzvermişdir. SSRxalqartistiMaqsudMəmmədov 13 aprel 2026-cı ildə, ömrünün 97-cibaharındavəfatetmişdir. Onun vəfatı ilə bağlı Mədəniyyət Nazirliyi məlumat yaymışdır.

Qeyd edək ki, Xalq artisti Maqsud Məmmədov baletmeyster kimi, onun həyat yoldaşı, Xalq artisti Rəfiqə Axundova isə balerina kimi Azərbaycan baletinin inkişafına bir ömür həsr etmişlər.

 

Maqsud Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. 1950-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib (Nikolay Tarasovun sinfi). Bakıya qayıtdıqdan sonra 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti işləyib.

 Sənətkarın ifa yaradıcılığının əsasını Polad ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Mənzər, Lenni ("Yeddi gözəl" və "İldırımlı yollarla", Qara Qarayev), Fərhad ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Azad ("Gülşən", Soltan Hacıbəyov), Pərviz ("Qaraca qız", Əşrəf Abbasov), Albert ("Jizel", Adolf Adan), Dezire, Ziqfrid, Şahzadə ("Yatmış gözəl", "Sonalar gölü" və "Şelkunçik" Pyotr Çaykovski), Xli Şan Fu və Ma Li Çen ("Qırmızı lalə", Reynqold Qlier), Pyero ("Qızıl açar", Boris Zeydman), kolen ("Arlekinada", Rikardo Driqo), Vatslav ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Frondoso ("Laurensisa", Aleksandr Kreyn), Qəhrəman ("Şopeniana", Frederik Şopen), Bazil ("Don Kixot", Lüdviq Minkus) obrazlarının ifası təşkil edir.

Maqsud Məmmədov həm milli baletlərimizdə, həm də dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları böyük uğur və şərəflə ifa edib. Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletindəki Fərhad rolu onun ən uğurlu işlərindəndir. O, Azərbaycan Opera və Balet Teatrının Monte-Karlo, Fransa, Lüksemburq qastrollarında qalib olub.

 

1972–1973-cü illərdə Əlcəzairdə baletmeyster və pedaqoq işləyib. 1979-cu ildən Sov. İKP üzvü olub.

 

Təltif və mükafatları

"Azərbaycan SSR xalq artisti" fəxri adı

"Azərbaycan SSR əməkdar artisti" fəxri adı

"Qırmızı əmək bayrağı" ordeni

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

"Şöhrət" ordeni

"Teatr Xadimi" qızıl medalı

 

Filmoqrafiya

- Doğma xalqıma

- Dədə Qorqud

- Qayınana

- Yeddi gözəl

- Qərib cinlər diyarında

- Bəyin oğurlanması

- Bir qəlbin iki dastanı

 

Quruluş verdiyi baletlər

Rəfiqə Axundovayla birgə

1. Xəzər balladası

2. Qobustan kölgələri

3. Yallı (balet) xoreoqrafik miniatürü

4. Ləzgihəngi (balet) xoreoqrafik miniatürü

5. Azərbaycan süitası

6. Kaleydoskop

7. Muğam  xoreoqrafik miniatürü

8. Üç inqilab

9. İldırımlı yollarla

10. Yeddi gözəl

11. Babək

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.