Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bu gün martin 25-dir, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı Mərdan Mehdizadənin şəhadəti günüdür.
Şəhidlər ölmür, onlar əbədi yaşayırlar. “Şəhadət günləri” deyilən günlər isə, sadəcə, onların əbədiyaşarlığını bird aha təsdiq etmək üçündür.
Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət edib, baş miçmanlığa yüksəlib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Şəki rayonunun Göybulaq kəndində dəfn olunub.
Haqqında olan məlumatlar bu qədərdir.
Əlbəttə ki, daha çoxu dillərdə dolaşır, ailə üzvlərini, dostlarının, cəbhədaşlarının dillərində dolaşır.
Təltifləri siyahısı çox genişdir:
1. "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
2. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
3. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
4. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
5. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
6. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
7. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
8. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
9. "Qarabağ" ordeni (ölümündən sonra)
10. "Vətən uğrunda" medalı (ölümündən sonra)
11."Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
Mən bilmirəm, Şəkinin Göybulaq kəndində adının əbədiləşdirilməsi üçün nəsə bir iş görüblərmi, amma bu iş görülməlidir. Belə bir qəhrəmanın adı əbədiləşdirilməlidir ki, gənc nəsil daim örnək götürə bilsin.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


