Rob Olifant “Azərbaycançılığı yaşadın, amma unutmayın ki, siz həm də kanadalısız”

 

Kanada Parlamentinin üzvü, Kanada xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant Torontoda fəaliyyət göstərən Azərbaycan Evinin qonağı olub və gənc soydaşlarımızla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən veriləm məlumata görə, Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağa Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barədə məlumat verib  və soydaşlarımıza göstərdiyi diqqətə görə təşəkkür edib.

Gənc diaspor üzvlərinin fəallığını yüksək qiymətləndirən Rob Olifant onların Kanadanın ictimai-siyasi və mədəni həyatına verdikləri töhfələrin, birgə təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını dilə gətirib, gənclərimizə tövsiyələrini belə ifadə edib: “Siz əlbəttə ki, öz vətəninizi, azərbaycanlı olduğunuzu heç vaxt unutmamamlı, milli dəyərlərinizi yaşatmalısınız. Lakin yaddan çıxarmamalısız ki, siz həm də kanadalısız və bu cəmiyyətə uğurla inteqrasiya olunmalısız”.

Rob Olifant Kanadanın çoxmədəniyyətli ölkə olduğuna bir daha diqqət çəkib, gənc azərbaycanlılara ölkənin siyasi sistemi və multikultural dəyərləri barədə geniş məlumat verib.

Azərbaycan Evinin rəhbəri Lalin Həsənova bu görüşü Kanadada yaşayan müxtəlif xalqların nümayəndələrinə həssas münasibətin, eləcə də diaspor gənclərinin Kanadanın ictimai-siyasi  həyatına verdikləri mühüm töhfələrin nəticəsi kimi qiymətləndirib və qonağa xüsusi təşəkkür edib.

Rob Olifanta, həmçinin Azərbaycan mətbəxinin dadlı təamları təqdim olunub.

Maraqlı və yaddaqalan görüş qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.03.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.