Ukrayna müharibəsində azı 158000-dən çox rus əsgəri həlak olub Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Rusiyanın Ukraynaya silahlı təcavüzü davam edir. Rusiya-Ukrayna müharibəsi növbəti ilə keçir. Bombalanan şəhərlər, saysız insan itkisi... Əlbəttə ki, statistlər üçün belə genişmiqyaslı müharibədə Rusiyanın itki sayı həmişə maraqlı olub. Adətən, qeyri rusları, özü də ucqarlardan səfərbər edən Rusiya hökuməti bu statistikanı həmişə gizlədibdir. Budur, indi isə bu statistika artıq əlimizdədir.

 

Müstəqil Rusiya onlayn nəşri “Mediаzona” BBC və könüllülərlə birlikdə Ukraynada gedən genişmiqyaslı müharibə zamanı həlak olmuş Rusiya hərbçilərinin adbaad siyahısını aparır. 2025-ci ildə onlar təsdiqlənmiş adları beş dildə — rus, ingilis, ispan, fransız və alman dillərində — ayrıca bir saytda dərc ediblər. Son hesabata görə, bu siyahıda artıq 158 mindən çox ad yer alır.

Demək, həlk olanların sayı ən azı 200 min civarındadır. İmperiya ambisiyaları Rusiyadakı xalqalrı öz girovuna çeviribdir, bu şəksizdir.

Qapaq fotosu AP agentliyinindir.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.