Çillə gecəniz mübarək olsun! Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün dekabrın 21-dir və bildiyiniz kimi, 21 dekabr Şimal yarımkürəsində ilin ən uzun gecəsinin yaşandığı gündür. Bəzi xalqlar bu günü bir bayram kimi qeyd edirlər.

 

21 dekabr, bir təbiət bayramıdır. Qışın soyuq günlərinin başladığı, ilin ən uzun gecəsinin yaşandığı təbii bir hadisədir. Biz azərbaycanlılarda bu gün Çillə Gecəsi adlandırılır.Bəzi türk boyları və bəzi Yaxın Şərq xalqlarında da günÇillə Gecəsi adlandırılır. Amma farsdilli xalqlar, habeləbəzi regionlarımız, məsələn Bakının kəndləri bu günə Yelda gecəsi deyirlər.

Şimal yarımkürəsində ilin ən uzun gecəsini qeyd etmək xüsusilə Cənubi Azərbaycanda, İranda, Əfqanıstanda və bəzi Orta Asiya xalqları arasında geniş yayılıb. Fars mənbələrində bu gecə “Şəb-e Yelda” adlanır. Zaman keçdikcə, Türkiyədə və Şimali Azərbaycanda Çillə Gecəsinin bayram kimi qeyd olunması unudulmağa başlanıb. Lakin Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Çillə Gecəsini bayram ab-havasında qeyd etməyə davam edirlər.

Mənası və mahiyyəti “qaranlığın zirvəsinə yetişmək, bundan sonra işığın, günün artmağa başlaması”dır. Bu gün həm də qışın başlanğıcına işarədir. Üstılik, Yelda günü həm də birlik, ailə, ümid və bərəkət anlayışları ilə bağlıdır.

Bu günün də öz ənənələri vardır: Ailə üzvləri bir süfrə arxasında toplaşır. Nar və əgər tapılarsa qarpız mütləq süfrədə olur. Şeir oxunur. Məsələn, İranda Hafizdən fal açmaq ənənəsi geniş yayılıb. Türklərdə isə nağıllar, dastanlar, bayatılar söylənilir. Uzun gecəni birlikdə keçirmək əsasdır.

 

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.