“Könüllülər Proqramı”na qəbul elan edilir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi “Könüllülər Proqramı”na qəbul elan edir.

 

Proqramın məqsədi gənclərin diasporla iş, lobbiçilik fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılarla, onların yaratdığı diaspor təşkilatlarıyla, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diasporları ilə əlaqələrin qurulması və gücləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrdə fəal iştirakına şərait yaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatını inkişaf etdirməkdir.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən veriklən məlumata görə, proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil edəcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur. Bu layihələrdə və təlimlərdə iştirak etməklə gənclər yüksək bilik-bacarıq və təcrübələrə yiyələnmək imkanı qazanacaq.

“Könüllülər Proqramı” 2026-cı ilin fevral ayından başlayaraq 6 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdıran və öz öhdəliklərini yerinə yetirən gənclər proqramın sonunda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaq.

Müraciət üçün son qeydiyyat tarixi 10 yanvar 2026-cı ildir. Diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər komitənin rəsmi internet səhifəsindən QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.