Heydər Əliyev Fondu “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə”nin tərəfdaşı oldu

 

 

Heydər Əliyev Fondu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət Festivalının tərəfdaşı olub. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” dekabrın 5-dən 11-dək İslam Əməkdaşlıq Təşkilatının və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği festivalın əsas istiqamətlərindəndir. 50-dən çox ölkədən qonağın iştirak edəcəyi Yaradıcı Həftə çərçivəsində təqdim olunacaq kino, teatr, dəb, dizayn, musiqi, oyun texnologiyaları, rəqəmsal yaradıcılıq və startap sahələrinə yönəlmiş panellər, nümayişlər, sərgilər və digər fəaliyyətlər ölkəmizin yaradıcı sənaye ekosistemini qlobal müstəvidə tanıdacaq.

Festival günlərində “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB) və digər təqdimatlar olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.