Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Aşıq Alının təbirincə desək, payızı aşırdıq, qışa nə qaldı.
Payız öz son günlərini yaşayır. Cəmi iki gündən sonra qış gələcək. İlin sonu daha aşkar hiss edilir, ömrün daha bir ilini sona vurmaq üzrəyik.
Bu gün 28 noyabrdır — Qriqorian təqvimi ilə ilin 332-ci günü (uzun illərdə 333-cü). İlin sonuna 33 gün qalır.
Bu günə təsadüf edən əhəmiyyətli hadisələrlə “Ədəbiyyat və İncəsənət” portalı olaraq sizləri tanış edirik.
1627 — İsveç İmperiyası və Reç Pospolita arasında Oliva donanma müharibəsi baş vermişdir.
1943 — İkinci Dünya Müharibəsinin məşhur Tehran konfransı keçirilmişdir: ABŞ prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın baş naziri Uinston Çörçill və Sovet İttifaqının rəhbəri İosif Stalin müharibə strategiyasını müzakirə etmək üçün Tehranda görüşmüşlər.
1964 — Mariner proqramı: NASA Marsa doğru Mariner 4 zondunu buraxaraq Marsın tədqiqində bir ilkə imza atmışdır.
1967 — Kiçik Tülkü bürcündə ilk pulsar astronomlar Coselin Bell Bernell və Antoni Hyuiş tərəfindən kəşf edilmişdir.
1975 — Şərqi Timor azadlığına qovuşaraq Portuqaliyadan müstəqilliyini elan etmişdir.
1991 — Cənubi Osetiya Rusiyanın müdaxiləsi ilə Gürcüstandan qoparılaraq müstəqilliyini elan etmişdir.
Bu gün dünyaya gəlmişlər:
1489 — Marqarita Tüdor, Şotlandiya kraliçası
1592 — Abaxay xan, Mancuriya hökmdarı
1632 — Jan-Batist Lülli, Fransa bəstəkarı
1757 — Vilyam Bleyk, İngiltərə şairi
1772 — Lük Hovard, Böyük Britaniya kimyagəri
1820 — Fridrix Engels, Almaniya filosofu
1857 — XII Alfonso, İspaniya kralı
1863 — Şarl Filije, Fransa boyakarı
1880 — Aleksandr Blok, Rusiya şairi
1881 — Stefan Sveyq, Avstriya yazıçısı
1887 — Ernst Röm, Almaniya hərbi zabiti
1892 — Tərlan Əliyarbəyov, Azərbaycan general-mayoru
1907 — Alberto Moravia, İtaliya yazıçısı
1908 — Klod Levi-Stross, Fransa antropoloqu
1915 — Konstantin Simonov, Rusiya yazıçısı
1940 — Alqayıt, Azərbaycan aşığı
1943 — Rəfael Abbasov, Azərbaycan boyakarı
1960 — İlqar Cəfərov, Azərbaycan fotoqrafı
1982 — Yuliya Əhmədova, Rusiya aktrisası
Bu gün vəfat etmişlər:
1859 — Vaşinqton İrvinq, ABŞ yazıçısı
1870 — Frederik Bazil, Fransa boyakarı
1907 — Həsən bəy Zərdabi, Azərbaycan jurnalisti və maarifçisi
1949 — Vladimir Obraztsov, Rusiya alimi
1954 — Enriko Fermi, ABŞ və İtaliya fiziki
1962 — Vilhelmina, Niderland kraliçası
1993 — Yevgeni Ptiçkin, Rusiya bəstəkarı
1994 — Cefri Damer, ABŞ seriyalı qatili
2010 - Lesli Nilsen, ABŞ və Kanada aktyoru
2010 - Samuel Koen, ABŞ fiziki
2010 - Vladimir Maslaçenko, Sovet futbolçusu və idman şərhçisi
2011 — Sevil Xəlilova, Azərbaycan aktrisası
2016 — Mark Taymanov, Rusiya şahmatçısı
Bu günə təsadüf edən bayramlar və xüsusi günlər isə aşağıdakılardır:
Burundidə — Respublika Günü
Çadda — Respublika Günü
Mavritaniyada — Müstəqillik Günü
Panamada — Müstəqillik Günü
Rumıniyada — Bukovina Günü
Bu gün Ümumdünya Təəssübkeşlik Günüdür. Hər kəsi heç olmasa ildə bir dəfə təəssübkeşlik etməyə çağırırıq. Sizin himayənizə, mərhəmətinizə, lap elə bircə xoş sözünüzə o qədər möhtac olan var ki.
Xanuka günü
Bu gün yəhudi xalqının böyük bayramıdır, Xanukadır. Bu gün bütün Sinaqoqlarda möcüzənin şərəfinə şam yandırılacaq. Möcüzə isə eradan əvvəl 164 cü ildə Yehuda Makkaveyin ordusunun Çar Antiox üzərində qələbəsi şərəfinə məbədi şamlarla işıqlandırarkən baş verib, cansız aləm canlanıb.
Bayram 8 gün davam edəcək, işıq, sevinc, əylənmək, dadlı qida və şən oyunlar bayramı olan Xanuka hər bir yəhudinin ən sevdiyi bayramdır. Mütləq süfrəyə oladi şirniyyatı qoyulur və mütləq evlərdə şam yandırılır. İlk gün bir, hər gün artıra-artıra son gün də səkkiz şam yandırılır. Məktəblərdə tətil elan edilir, uşaqlara bol hədiyyələr vermək də bayramın atributudur. İsraildə yaşayan uşaqlar fırfıranı fırladıb sehirli “Böyük möcüzə burda olub” söyləyirlər, tarixi vətənlərində yaşamayanlar isə “burda” sözünü “orda” sözü ilə əvəz edirlər.
Gəlin səmimi qəlbdən yəhudiləri bayram münasibətilə təbrik edək! Onlara müharibədən tezliklə qurtulmağı, sülhə qovuşmağı arzulayaq.
Yeni il mövludunun başlanğıcı
Bu bayramı isə xristianlar qeyd edirlər. Qırx gün davam edən mövludda əsas məqsəd xristianları qırx gün ərzində xristian kilsəsinin ən böyük bayramına – İsa peyğəmbərin doğum gününə hazırlamaqdır. Bu gündə bayram piroqu bişirmək, yumurta boyamaq adəti nəsildən nəslə keçir. Tolerant xalqıq, xaçpərəstləri də təbrik edirik.
“Özünə əlavə baş düzəlt” günü
Darıxan insanların düşünüb təqvimə saldıqları bir gün. Hər cür maddi tələbatları ödənən insanlar darıxanda bundan da ağıllı bir şey tapmazlar ki. Özünə əlavə baş düzəlt. Palçıqdan, plastilindən, gipsdən, daha nədən. Ya da, düzəltməyə bir şey yoxdusa, əlavə başın şəklini çək. Bir başla yaşamaq yaxşıdır, iki başla isə daha yaxşıdır. Bir başın əzilsə belə digərinə güvənə biləcəksən.
Con Lennon əfsanəsi
1974-cü ilin 28 noyabrında Nyu-Yorkun Medisson Skver Qarden konsert zalında dünyanın musiqi əfsanəsi Con Lennon (şəkildə) son dəfə səhnəyə çıxdı. Sonradan tarixdə qalmaq naminə bir alçaq fanatı tərəfindən öldürülən Lennon hamının yadında elə o son konsertindəki xəfif təbəssümü ilə qaldı, Mişel oxudu, İməcn oxudu. Hər bir müğənni üçün ilk və son konserti həyatının ən əsas konserti olur. Əfsus ki, Con Lennon son konsertinə çıxanda bunun son olduğunu bilmədi. Bilsəydi, bəlkə də yüz milyonların sevgisinin müqabilində səhnədən heç çıxmazdı...
1970-ci ildə İtaliyada fəaliyyət göstərərək dünyanı qorxu altında saxlayan “Qırmızı briqada” sol terror dəstəsi Pirelli zavodunda partlayış törədərək ilk terror aktını həyata keçirmiş olub.1954-cü ildə İtaliya əsilli amerika fiziki, atom bombasının yaradıcılarından biri, Nobel mükafatı laureatı Enriko Fermi dünyasını dəyişib. 1943-cü ildə tarixin məşhur Tehran konfransı baş tutub, Ruzvelt, Çörçil və Stalin faşist Almaniyasının taleyini həll ediblər. 1918-ci ildə Sovet Rusiyası Estoniyanı işğal edib. 1880-ci ildə rus simvolist şair Aleksandr Blok dünyaya gəlib. 1820-ci ildə isə marksizmin banilərindən biri, alman filosofu Fridrix Engels doğulub.
Öldür ki, abidə qoyasan
Ən nəhayət, sonuncu qeydlərim 2007-ci ildə baş vermiş bir hadisə ilə bağlıdır. Ukraynanın Mariupol şəhərindəki səyyar zooparkdan həmin ilin mayında Qodzilla adlı timsah qaçır. Düz altı aylıq axtarışdan sonra noyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu Mariupol İstilik Elektrik Stansiyasının su blokunda tapırlar. Bu inanılmaz möcüzə idi. Ağıllı timsah yüz minlərlə insanın gözündən oğurlanaraq hardasa 7-8 kilometr məsafə qət etmiş, İES-də sığınacaq taparaq azadlığına qovuşmuşdu, orada da 6 ay müddətində gözə görünmədən yaşamaq hünərinə imza atmışdı. Dərhal xəbər hər yana yayılır. İnsanlarda Qodzillaya qarşı müdhiş simpatiya yaranır. Amma özünə azad həyat qurmuş xoşbəxt timsahı FHN əməkdaşları zorla İES ərazisindən çıxarıb FHN-in yanğındansöndürmə idarəsində saxlayırlar ki, sonradan zooparka qaytarsınlar. Zavallı heyvan oradaca canını tapşırır.
Bu hadisə 6 ay həyəcanda olan bütün şəhər əhalisini sarsıtmışdı, narazılıqlarına səbəb olmuşdu. Sonradan Mariupolda Qodzillaya abidə də qoyuldu. Öldür ki, sonradan abidə qoyasan! Təzada bir bax. Əksərən çox ağıllı insanları da ya çartladıb, ya da güllələyib öldürürlər ki, sonradan onlara uzun-uzadı nekroloqlar yazsınlar, qəbirlərinə çox bahalı əklillər qoysunlar, dövlət təltiflərinə layiq görsünlər, abidə ucaltsınlar. Abidələr əksərən səmimiyyətə deyil, məkrə xidmət edirmiş. Bax belə.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)


