İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şəhidlər ölməz, Vətən bölünməz!
Zərb məsələ çevrilmiş bu sözləri növbəti dəfə bu gün şəhidimiz Amid Heydərov üçün səsləndirəcəyik.
Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Amid Heydərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.
2021-ci ildə Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun xatirəsinə yaradılmış parkın, bulaq kompleksinin açılış mərasimi keçirilib.
2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adı verilib.
Mükafatları
1. "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
2. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
3. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
4. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
5. "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
6. "Vətən uğrunda" medalı (ölümündən sonra)
7. "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
8. "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.10.2025)