CƏLİL XƏLİLOV: “Azərbaycanın Zəfəri: Şəhid Övladları və Ali Baş Komandan”

 

Cəlil Xəlilov,

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik.

 

27 Sentyabr – Anım Günü Azərbaycan tarixində həm hüzn, həm də qürur günü kimi qalacaq. Bu gün biz Vətən uğrunda canını fəda edən şəhidlərimizi ehtiramla yad edirik. Prezident, Ali Baş Komandan İlham Əliyevin Gəncə Memorial Kompleksinin açılışında iştirakı, xüsusilə də balaca Nilay ilə səmimi görüşü xalq-dövlət birliyinin bariz nümunəsidir.

 

Nilay bu gün bizim üçün yalnız bir uşaq deyil o, 2020-ci ilin 11 oktyabrında Gəncəyə atılan raket zərbələri nəticəsində valideynlərini və nənəsini itirmiş, lakin özü möcüzə nəticəsində sağ qalmış bir qəhrəmandır. Onun yaşadıqları Ermənistanın müharibə cinayətlərini və Azərbaycan xalqının çəkdiyi iztirabları bir daha dünyaya nümayiş etdirir.

Cənab Prezidentin Nilayın əlindən tutaraq onunla söhbət etməsi, məhz həmin dağıntıların yerində yeni parkın salınması bu ölkədə heç bir şəhid ailəsinin, heç bir məzlum uşağın unudulmadığını göstərir. Bu, bir dövlətin öz vətəndaşına, şəhid övladına olan diqqət və sevgisinin nümunəsidir.

Veteranlarımız adından şəhid ailələrinə bir daha başsağlığı verir, balaca Nilaya sağlam və xoşbəxt gələcək arzulayırıq. Onun gözlərində gördüyümüz işıq bizim qələbəmizin və sabahımızın rəmzidir.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.