Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı – UN-Habitat, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçün rəsmi veb səhifəni istifadəyə verib. Xatırladaq ki, Forum 2026-cı ilin 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı unhabitat.org saytına istinadən xəbər verir ki, yeni istifadəyə verilmiş rəsmi veb platformada forum haqqında ətraflı məlumatlar – tədbirin proqramı, iştirak qaydaları, qeydiyyat prosesi, praktiki məlumatlar və tərəfdaşlar üçün imkanlar əks olunur.
Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi regionda dayanıqlı urbanizasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi üçün unikal imkan yaradacaq..
UN-Habitat WUF13 üçün rəsmi veb səhifəsi ilə buradan tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(27.09.2025)