Vidadi Babanlı vəfat edib Featured

Azərbaycan ədəbiyyatına ağır itki üz verib. 

Görkəmli nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə “Qazax" Xeyriyyə İctimai Birliyi məlumat yayıb. 

Məlumatda deyilir: 

“Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, "Şərəf" ordenli yazıçı Vidadi Babanlı bu gün vəfat edib.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Vidadi Babanlının vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.

Vidadi Babanlı sabah - avqustun 17-də dəfn olunacaq. Dəfn yeri və saatı dəqiqləşdirilib ictimaiyyətə məlumat veriləcək”.

 

Xatırladaq ki, Vudadi Babanlı 5 yanvar 1927-ci il tarixində doğulmuşdu, 98 yaşı var idi. Yüzə ikicə ili qalmışdı. Çox heyif. 

Bir də, son görüşündə İlham Pirməmmədovdan xahiş etmişdi ki, onu “Ruhani” havası ilə dəfn etsinlər. 

Bax belə bir ömür hekayəti. 

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.