Azərbaycanın ilk qadın dirijorunun doğum günüdür Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın ilk qadın dirijoru Sevil Hacıyevanın bu gün doğum günüdür. O, 1975-ci il iyulun 16-da Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini G.G.Şaroyev adına musiqi məktəbində fortepiano üzrə alıb. 1999-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirib. Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir.

 

2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına “Mahnı və rəqs“ ansamblında xormeyster vəzifəsində çalışıb. 2003-cü ildə Opera və balet teatrına - baş xormeyster vəzifəsinə təyin edilib. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin “ Leyli və Məcnun ”operası ona həvalə olunub.

Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək ilk qadın dirijoru adını qazanıb. Bundan əlavə Sevil Hacıyeva Üz. HAcıbəylinin “O, olmasın, bu, olsun ”, “Arşın mal alan ” musiqili komediyalarına , M.Maqomayevin “ Şah İsmayıl ”, Z. Hacıbəyovun “ Aşıq Qərib “ operalarına, həmçinin bir neçə balet tamaşalarına - İ. Ştrausun “ Düyməcik ” və Əfrasiyyab Bədəlbəylinin “ Qız qalası ” baletlərinə müvəffəqiyyətlə dirijorluq edir.

 2013 –cü ildə Üz. Hacıbəylinin daha bir ölməz əsəri “Əsli və Kərəm”, 2019-cu ildə Nazim Əliverdibəyovun “Cırtdan” operasını bərpa edib.  Opera və balet teatrının kollektivi ilə Qətər dövləti və Türkiyə respublikasında keçirilən qastrol səfərlərində, eyni zamanda Azərbaycanda keçirilən  Üzeyir Hacıbəyli “ adına Beynəlxalq musiqi festivalı və beynəlxalq “ İpək yolu “ festivallarında , həmçinin bölgələrə qastrol səfərlərində uğurla çıxış edərək orkestri böyük məharətlə idarə edib. O, 3 dəfə Prezident mükafatına layiq görülüb

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.