Xarici işlər nazirimizi yaxından tanıyaq Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Niyə məhz xarici işlər nazirini və niyə məhz bu gün?

Cünki bu gün xarici işlər nazirinin doğum günüdür.

 

Əslən Gədəbəyin Nərimankənd kəndindən olan Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

 

 Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, "OMNİ" hüquq şirkətinin direktoru olub. 2004–2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan "Chambers Global", "IFLR1000" və "Legal500" tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.  Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini, 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri, 16 iyul 2020-ci il tarixli sərəncamı ilə xarici işlər naziri vəzifəsinə təyin olunub.

2025-ci ilin fevralında Ceyhun Bayramov Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edilib.

Sonda bizə nə qalır? Əlbəttə ki, cənab naziri təbrik etmək!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.