İçərişəhərdə “Muğam saatı” — İnteraktiv səs performansı baş tutacaq

 

“Muğam saatı” 1950-60-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan ikonik radio proqramından ilhamlanan instalyasiya və ifaçılıq layihəsidir. Həmin dövrdə əhali arasında son dərəcə məşhur olan ənənəvi musiqi yazılarının müntəzəm yayımlarını özündə əks etdirir.

Mədəniyyət Nazirliyindən AzərTAC-a bildirilib ki, layihənin məqsədi o dövrün hər yerdə eşidilən, sirli şəkildə daim mövcud olan musiqi səsini yenidən canlandırmaqdır.

Belə ki, evinizdə radio olmasa belə, ya dükanın açıq pəncərəsindən, ya da Abşeronun ucqar bir bağ evindən o verilişin səsləri qulağınıza çata bilər. Bu hissi bərpa etmək üçün, İçərişəhərin müxtəlif guşələrində, saat 14:00-dan 15:00-dək həmin radio proqramının yazıları müxtəlif cihazlardan səsləndiriləcək.

“Ədəbiyyat və incəsənət”

(18.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.