İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu günə doğum günləri təsadüf edən şəhidlərimiz var. Onlardan biri Rembo ləqəbli Şəhid Vüsal Məmmədovdur.
Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub. Füzuli rayonu Zobucuq qəsəbəsi 26 saylı tam orta məktəbini bitirmişdir. Vüsal Məmmədov 7 ay idi ki, ailə həyatı qurmuşdu. Şəhadətindən əvvəl sanki duyubmuş kimi 3 ay sonra dünyaya gələcək övladına Hüseyn adı veribmiş.
Çevikliyinə və bədən quruluşuna görə kəşfiyyatda ləqəbi Rembo idi və hərbçi dostları onu “Rembo” deyə çağırırdılar.
Təltifləri
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- "Qarabağ" ordeni
- "Vətən uğrunda" medalı
- "Cəbrayılın azad olunmasına görə" medalı
- "Füzulinin azad olunmasına görə" medalı
Vüsal Məmmədov oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.06.2025)