İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Amid Heydərovun doğum günüdür.
Amid Heydərov1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qalıb. İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.
2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adı verilib.
Mükafatları
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
- "Vətən uğrunda" medalı (ölümündən sonra)
- "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
- "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)