Kəlağayımız beynəlxalq arenada

Güllü Eldar Tomarlının "Kəlağayı milli sərvətimizdir'' adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi,publisist Vaqif Osmanlıdır.

 

Analarımızın, qız-gəlinlərimizin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayııya aid şeirlər gürcü, rus dillərinə tərcümə olunub.

Xalqımızın milli mənəvi dəyərlərini ölkəmizdən xaricdə də tanıtmaq, təbliğ etmək bu günümüzün ən aktual məsələlələrindəndir. Kəlağayı həm  xalqımızın sənətkarlığı, mədəniyyətini, dünyagörüşünü, fəlsəfi düşüncəsini, həm də mənəviyyatını özündə təcəssüm etdirən milli baş örtüyümüzdür.

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağı göz önündədir. 2014- cü ildəkəlağayımız M.Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil olub 

    "'Kəlağayı milli sərvətimizdir"' kitabında yer alan şeirlər, ön söz İmir Məmmədlinin, Paşa Paşayevin, İlahə Feyziyevanın tərcüməsində gürcü və rus oxucularına çatdırılacaq. Kitabın təqdimatı Sankt-- Peterburqda, Moskvada, Gürcüstanda, "26 Noyabr Azərbaycan Kəlağayısı Günü"ndə isə Bakıda keçiriləcək.

Babalarımızın, nənələrimizin irsini yaşatmaq, tanıtmaq bizim ümdə borcumuzdur.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.