İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Payız durnam uçub getdin,
Bir də dönüb gələrsənmi?
Sən dönəndə mən olmasam,
Ruhum ilə gülərsənmi?
Bu gün Azərbaycan xalq şairi Musa Yaqubun anım günüdür. Şeirləri dillər əzbəri olan, unudulmaz şairimiz özü dünyadan köçsə də misraları daim yaşamaqdadır.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olmuşdur.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. M.F.Axundov adına mükafata layiq görülmüşdür.
24 may 2019-cu ildə ona "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı verilmişdir.
Kitabları:
Yarpaqlar oxuyur (şerlər)
Bu məhəbbət yaşadır məni (şerlər)
Bu məhəbbət yaşadır məni (şerlər)
Mənim kainatım (şerlər)
Üzü bəri baxan dağlar (şerlər və poema)
Yaxşı ki, sən varsan (şerlər və poemalar)
Bir sim üstə (şerlər və poema)
İki qəlbin işığı (şerlər və poemalar).
Mənim sevgi taleyim
Ürəyimdə yerin qaldı (şerlər, poemalar)
Nanə yarpağı (şerlər, poemalar).
Payızdan yaza yol varmı (şerlər).
Ruhumla söhbət (şerlər).
Bu dünyanın qara daşı göyərməz (şerlər)
Dövrün dəyirmanı
Şair Parkinson xəstəliyindən əziyyət çəkirdi.
7 may 2021-ci ildə 84 yaşında vəfat etmişdir. Doğulduğu Buynuz kəndində - həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)