Fazil Mustafa Nərgiz Cabbarlını təbrik edib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AYB-nin üzvü, DGTYB-nin Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Böyük elmi işçisi Nərgiz Cabbarlını 50 illik yubileyi ilə bağlı təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, komitə sədrinin təbrik məktubunda Nərgiz Cabbarlının ictimai və yaradıcı fəaliyyəti, özəlliklə ədəbi qurumlar sahəsində fəal yaradıcı iştirakı, milli-mənəvi dəyərlərə bağlılığı, habelə ictimai həmrəylik prinsiplərinə verdiyi töhfələr vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.